İqtisadi gündəm
Bakıya 200 milyard dollarlıq investisiya yatırılıb
Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb.
Publika.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı deyib.
“Maraqlı məqam ondan ibarətdir ki, son 20 ildə şəhərə 200 milyard dollardan çox investisiya yatırılıb. Bu proses davam edir və inkişaf edir”, – deyə E.Əzizov bildirib.
E.Əzizov qeyd edib ki, bu gün Bakı aqlomerasiya ilə birlikdə üç milyondan çox sakini əhatə edir.
Onun sözlərinə görə, şəhərdə Heydər Əliyev Mərkəzi, Bakı Olimpiya Stadionu və “Alov qüllələri” də daxil olmaqla, müasir memarlığın yeni nümunələri yaradılıb.
E.Əzizov vurğulayıb ki, Bakı təkcə inkişaf edən meqapolis deyil, həm də şəhər infrastrukturuna investisiya yatırımları üçün platformadır.
“Ən əsası isə şəhər təhlükəsizdir. Üstəlik, təhlükəsizlik yalnız küçələrdə asayiş, təmizlik və hüquq-mühafizə sisteminin səmərəli fəaliyyəti ilə təmin olunmur. Bakı həmçinin şəhər infrastrukturuna investisiya yatırımları üçün təhlükəsiz şəhərdir”, – deyə o bildirib.(Trend)
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin218 Oktyabr 21:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə18 Oktyabr 17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 18 Oktyabr 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!



















.jpg)

















