Dünya
Rusiya "SpaceX"i ittiham etdi: İlon Mask buna qəsdən göz yumur
Rusiyanın Kompleks Pilotsuz Həllər Mərkəzinin (ÇKBR) baş konstruktoru Dmitri Kuzyakin "SpaceX" şirkətini Ukrayna Silahlı Qüvvələrinin "Starlink" terminallarından istifadə edərək Rusiyanın dərinliklərində yerləşən obyektlərə pilotsuz uçuş aparatları ilə zərbələr endirməsinə qəsdən göz yummaqda ittiham edib.
Publika.az xəbər verir ki, bu barədə o, TASS agentliyinə müsahibəsində danışıb.
Kuzyakinin sözlərinə görə, "Starlink" şəbəkəsinin bəzi ölkələrdə bloklanmasına baxmayaraq, bu məhdudiyyətləri asanlıqla keçmək mümkündür. O iddia edib ki, Ukrayna hərbçiləri peyk antenalarını dronlara quraşdırır, bunun üçün isə qurğulara xüsusi rəqəmsal şunt inteqrasiya edilir. Nəticədə sistemə terminalların, məsələn, Almaniyada yerləşdiyi barədə saxta koordinatlar ötürülür, "SpaceX" isə buna göz yumur.
Baş konstruktor bildirib ki, İlon Maskın şirkəti bu cür saxtalaşdırmanı aşkar etmək və belə terminalları bloklamaq üçün bütün texniki imkanlara malikdir. Onun iddiasına görə, korporasiya maliyyə gəlirləri və siyasi dividendlər naminə qəsdən hərəkətsiz qalır.
"Belə siyasət İlon Maskın peyklərini qanuni hərbi hədəflər kateqoriyasına keçirir. Çünki şirkət qəsdən sındırılmış terminalların obyektlərimizə hücumlar üçün işləməsini təmin edir", - deyə Kuzyakin qeyd edib.
O əlavə edib ki, ÇKBR-nin sərəncamında idarəetmə lövhələrinə Starlink sisteminin inteqrasiyası məqsədilə kobud şəkildə dəyişiklik edilmiş onlarla qənimət kimi ələ keçirilmiş Ukrayna pilotsuz uçuş aparatı var.
Xatırladaq ki, "SpaceX" daha əvvəl "Starlink" şəbəkəsinin Ukraynada hərbi məqsədlərlə istifadəsini məhdudlaşdırdığını açıqlamışdı. Şirkətin prezidenti Qvin Şotvell internet xidmətinin silaha çevrilməməli olduğunu bildirmişdi.
Qeyd edək ki, Kuzyakinin səsləndirdiyi iddialar TASS vasitəsilə yayılıb. "SpaceX" şirkəti bu ittihamlarla bağlı hələlik açıqlama verməyib.
Müəllif: Adəm
-
Magazin122:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Sağlamlıq19:12Saç tökülməsinin ümumi səbəbləri - Gər gün neçə tel itirilə bilər?
-
Region19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin118:48Faiq Ağayevə ağır itki üz verdi
-
İdman18:12Bakıda ilk dəfə keçiriləcək dünya çempionatı ilə bağlı SENSASİON İDDİA
-
İqtisadi gündəm17:26Bakıya 200 milyard dollarlıq investisiya yatırılıb
-
Elm və təhsil17:09Azərbaycan tarixinin ən böyük imperiyası - XƏRİTƏ
































