Dünya
Trampın xüsusi nümayəndəsi və kürəkəni Kiyevdən sonra hara gedəcək?
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşnerin avqustun ikinci yarısında Kiyevə planlaşdırılan səfəri Vaşinqtona Ukrayna münaqişəsinin həlli yollarını daha dəqiq müəyyənləşdirməyə kömək edəcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini Aleksey Çepa "Gazeta.ru"ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Tramp danışıqlar aparmaq və ABŞ-ın Ukrayna münaqişəsi ilə bağlı gələcək addımlarını dəqiqləşdirmək üçün nümayəndələrini Kiyevə göndərir.
"Çox güman ki, Kiyevdə keçiriləcək görüşdən sonra nümayəndə heyəti müəyyən müddət sonra Rusiyanın mövqeyini nəzərə alaraq vəziyyəti müzakirə etmək üçün Moskvaya da səfər edəcək", - deyə Çepa vurğulayıb.
Deputat əlavə edib ki, Moskva Uitkoff və Kuşnerin Kiyev səfərinin Ukraynadakı münaqişənin başa çatmasına töhfə verəcəyinə ümid edir.
Müəllif: Adəm
-
Magazin122:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Sağlamlıq19:12Saç tökülməsinin ümumi səbəbləri - Gər gün neçə tel itirilə bilər?
-
Region19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin118:48Faiq Ağayevə ağır itki üz verdi
-
İdman18:12Bakıda ilk dəfə keçiriləcək dünya çempionatı ilə bağlı SENSASİON İDDİA
-
İqtisadi gündəm17:26Bakıya 200 milyard dollarlıq investisiya yatırılıb
-
Elm və təhsil17:09Azərbaycan tarixinin ən böyük imperiyası - XƏRİTƏ
































