Dünya
Bu ölkə də İspaniyanın Şengen zonasından çıxarılmasına çağırdı
Finlandiyanın daxili işlər naziri Mari Rantanen Avropa ölkələrini, İspaniyanın Şengen zonasından müvəqqəti çıxarılması ilə bağlı İtaliyanın təklifini dəstəkləməyə çağırıb.
Publika.az xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"İspaniya Şengen zonasının xarici sərhədini qanunsuz keçidlərdən qorumağın öhdəsindən gələ bilmədi. Bu vəziyyət belə davam edə bilməz", - deyə Rantanen bildirib.
Bundan əvvəl İtaliyanın baş naziri Corcia Meloni ölkəsinin sərhədlərini və vətəndaşların təhlükəsizliyinin qorunması üçün fövqəladə tədbirlər görməyə, o cümlədən İspaniya ilə Şengen rejiminin müvəqqəti dayandırılmasına hazır olduğunu açıqlamışdı.
İyulun 30-da yayılan məlumatlara görə, Afrikanın şimalında yerləşən İspaniyanın muxtar şəhəri Seutaya təxminən 20 min miqrant daxil ola bilər. Bildirilir ki, miqrantlar Mərakeş təhlükəsizlik qüvvələrinin ciddi müqaviməti ilə üzləşməyiblər.
Məlumata əsasən, təkcə son bir həftə ərzində 1,5 min nəfər üzərək Seutaya çatıb, digərləri isə Mərakeşdən piyada keçərək şəhərə daxil olublar.
Qeyd edək ki, Seuta coğrafi mövqeyinə görə uzun illərdir qeyri-qanuni miqrasiya axını ilə üzləşir. 2021-ci ildə cəmi bir neçə gün ərzində təxminən 10 min nəfər, əsasən Mərakeş vətəndaşları şəhərə keçmişdi. Miqrasiya axınının qarşısını almaq məqsədilə Seuta ilə Mərakeş sərhədində hündür tikanlı məftilli hasar inşa edilib.
Müəllif: Adəm
-
Magazin122:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Sağlamlıq19:12Saç tökülməsinin ümumi səbəbləri - Gər gün neçə tel itirilə bilər?
-
Region19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin118:48Faiq Ağayevə ağır itki üz verdi
-
İdman18:12Bakıda ilk dəfə keçiriləcək dünya çempionatı ilə bağlı SENSASİON İDDİA
-
İqtisadi gündəm17:26Bakıya 200 milyard dollarlıq investisiya yatırılıb
-
Elm və təhsil17:09Azərbaycan tarixinin ən böyük imperiyası - XƏRİTƏ
































