Dünya
Macarıstan qaranlığa qərq ola bilər: Ölkənin yeganə AES-i dayanır
Macarıstan son onilliklərin ən ağır enerji böhranı ilə üz-üzə qalıb. Buna səbəb rekord isti hava və quraqlıq nəticəsində Dunay çayında su səviyyəsinin kəskin azalmasıdır.
Publika.az xəbər verir ki, ölkənin elektrik enerjisinin təxminən 50 faizini təmin edən yeganə atom elektrik stansiyası - Pakş AES soyutma üçün istifadə olunan Dunay çayında suyun tarixi minimuma enməsi səbəbindən 40 ildən artıq müddətdə ilk dəfə fəaliyyətini dayandırmağa məcbur ola bilər.
Baş nazir Peter Madyar qarşıdakı beş günü "ən kritik dövr" adlandırıb. Onun sözlərinə görə, havanın temperaturu 40 dərəcəyə qədər yüksələcək, stansiya isə hazırda cəmi 10 faiz gücü ilə işləyir. AES-in dayanmasının həftələrlə davam edə biləcəyi bildirilir.
Hökumət artıq əhalidən və yüzlərlə müəssisədən elektrik enerjisinə qənaət etməyi xahiş edib. Bunun sayəsində enerji istehlakı 400 meqavat azaldılıb. Lakin bu kifayət etməsə, sənaye müəssisələri üçün məcburi məhdudiyyətlər tətbiq oluna bilər.
Energetika naziri İştvan Kapitani bildirib ki, "MOL", "Samsung SDI", "Audi" və "Denso" kimi iri şirkətlər istehlakı azaltmağa razılıq veriblər. Buna baxmayaraq, ölkənin enerji sistemi hələ də ciddi təzyiq altındadır.
Dunay çayında suyun azalması gəmiçiliyə və turizmə də mənfi təsir göstərib. Bundan başqa, Budapeşt ətrafı da daxil olmaqla 100-dən çox şəhər və kənddə su təchizatına məhdudiyyətlər yaranıb.
İqtisadçıların hesablamalarına görə, enerji böhranı Macarıstana idxal olunan elektrik enerjisinin bahalaşması səbəbindən 315-630 milyon dollar zərər vura bilər. Yerli sakinlərin sözlərinə görə, hökumət vətəndaşlardan təkcə elektrikə deyil, suya da ciddi qənaət etmələrini istəyib.
Müəllif: Adəm
-
Nida Xəbər 16:55Baş nazir qərar imzaladı
-
Dünya16:37Vardanyanın dostu olan yazıçını Bakıya kim dəvət edib? - Kitabını çap edən nəşriyyatdan cavab gəldi
-
Magazin115:04Əməkdar artist Avropa tətilindən paylaşım etdi - VİDEO
-
Rəsmi xronika14:30Nazirliyin yeni vəzifələri müəyyənləşdi - Fərman
-
Nida Xəbər 13:52Namidə İsayeva yeni vəzifəyə təyin olundu
-
Rəsmi xronika13:26Prezident sürücüsüz nəqliyyatla bağlı qaydaları təsdiqlədi
-
Yaxın Şərq12:42Qüdsdəki erməni patriarxlığı təhqir edildi - VİDEO
-
Rəsmi xronika12:04Prezident açılışda - Fotolar
















.jpg)











.jpg)
.jpg)






