İdman
Qalmaqala aydınlıq gəldi: Pol özü Həbibdən xahiş edibmiş ki…
Amerikalı məşhur videobloqçu Ceyk Pol Nyu-Yorkda keçirilən PFL turnirində Həbib Nurməhəmmədovun çempionluq kəmərini ondan alıb qalib Usman Nurməhəmmədova verməsi ilə bağlı hadisəni şərh edib.
Publika.az xəbər verir ki, blogerin sözlərinə görə, o, şəxsən UFC əfsanəsindən bunu etməsini istəyib.
“Bu, sadəcə dəlilikdir, çünki kəmər ona verməzdən əvvəl Həbibə dedim ki, kəməri əmin oğluna məhz sən verməlisən.
Hətta promouter olmaq və bütün bunlara görə təriflənmək belə istəmirəm. Əslində, bunların hamısı döyüşçülər üçündür. Həyatımda hər şeyi hazırlamışam. Bütün bunları sözün əsl mənasında döyüşçülər üçün edirəm.
Mən Həbibə kəməri götürüb əmisi oğluna taxmasını dedim, çünki bu, mənim etməyimdən daha maraqlıdır. Amma sonda hər şey internetdə mənə ləkə atdıqları başqa bir hekayəyə çevrildi. Həbibdən soruşun.
Tənqid etməyəı davam edin, edin. Siz hamınız qoyunsunuz”, – deyə Pol sosial mediada yazıb.
Daha əvvəl mediada Həbibin kəməri Poldan aldığı iddia edilmişdi. Nurməhəmmədov özü hadisə və ya Polun şərhləri ilə bağlı heç bir şərh verməyib.
-
Region13:18Ermənistanda maşınların sayı artır, tıxac yaranır - Paşinyan həll yolunu göstərdi
-
Sosial11:54Cefri Verbokun keçmiş azərbaycanlı xanımı bu məşhur nəsildən imiş - FAKTLAR
-
Rəsmi xronika11:14Prezident İlham Əliyev Si Cinpini təbrik etdi
-
Elm və təhsil10:48İnsanlar üçün nümunə: Görün dalaşan meymunlar necə barışırlar
-
Sosial10:24Bu şəxslər maaşdan əlavə pul alacaq
-
Rəsmi xronika10:22İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
İdman09:48Bu iki nəfər aeroportda Ronaldonun qarşısını kəsib, onu inandırmağa çalışıblar ki...
-
Sosial09:36Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO














.jpg)

.jpg)
_(1).jpg)


.jpg)















