Dünya
Şahzadə qarət edildi - 500 min avroluq oğurluq
Kann şəhərində Səudiyyə Ərəbistanı şahzadəsinə məxsus evdən təxminən 500 min avro dəyərində qiymətli əşyalar oğurlanıb.
Publika.az xəbər verir ki, “Le Figaro”nun polisdəki mənbəsinə istinadən yaydığı məlumata görə, hadisə bazar günü axşam baş verib. Oğurluq zamanı evdə heç kim olmayıb.
Bazar ertəsi gecə saat 01:00 radələrində ailənin şəxsi katibi hadisə barədə polisə məlumat verib. İlkin araşdırmalara əsasən, oğrular mənzildəki seyfi sındıraraq içərisindəki qiymətli əşyaları götürüblər.
Oğurlananlar arasında bahalı dəri məmulatları, ləl-cəvahirat və 8 min avro nağd pulun olduğu bildirilir. Ümumilikdə zərərin təxminən 500 min avro təşkil etdiyi qeyd olunur.
Polis hadisəni törədən şəxslərin kimliyini hələ müəyyənləşdirə bilməyib. Qarətə məruz qalan Səudiyyə şahzadəsinin adı isə açıqlanmır.
-
Hadisə22:04Bakıda avtobus yandı - Video
-
Hadisə21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Ekologiya20:00İlin ikinci Günəş tutulması başladı
-
Maraq dünyası17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
-
Cənubi Qafqaz16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər
-
Maraq dünyası12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
-
Yaxın Şərq12:14İranda radikallar güclənir: Trampa qarşı “qorxutma” siyasəti işə yaradı

































