Dünya
Rusiyanın “keçilməz” HHM-si necə yarılır? - Ukrayna dronlarının sirri açıqlandı
“Le Monde” Ukraynanın uzaqmənzilli dronlarının Rusiya hava hücumundan müdafiəsini necə keçdiyini araşdırıb.
Publika.az nəşrə istinadla xəbər verir ki, Ukraynanın FP-1 dronlarının uçuş məsafəsi 1600 kilometrdən 3400 kilometrə qədər artırılıb. Sadə konstruksiya və kütləvi istehsal isə onların əsas üstünlüklərindəndir.
“Fire Point” şirkəti 2025-ci ilin sonunda gündə 200, ayda 3000 dron istehsal etdiyini açıqlayıb.
Ekspertlər bildirirlər ki, dronların aşağı sürəti və nisbətən kiçik radar izi onları bəzi HHM sistemləri üçün daha çətin hədəfə çevirir. Bundan əlavə, Rusiyanın geniş ərazisinin bütün istiqamətlərdə effektiv müdafiəsi çətinləşir.
Bəzi Ukrayna dronlarında kompüter görməsi texnologiyasından istifadə edildiyi və onların GPS və rabitə siqnalları olmadan uçuş marşrutunu düzəldə bildiyi bildirilir.
Bununla belə, qeyd olunub ki, dronların zərbə gücü raketlərlə müqayisədə daha məhduddur. Buna görə də uzaqmənzilli dronlar Ukraynanın əsas silahlarından birinə çevrilsə də, raketləri tam əvəz edə bilmir.
Akqabay
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi




















.jpg)













