İdman
“Sabah”dan böyük qələbə, Azərbaycana əlavə xal - UEFA reytinqində son durum
“Sabah”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Orhus” üzərində qazandığı 4:0 hesablı qələbə Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatına müsbət təsir edib.
Publika.az xəbər verir ki, UEFA dünən keçirilən Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası oyunlarından sonra ölkələrin əmsal cədvəlini yeniləyib.
Danimarka təmsilçisini böyük hesabla məğlub edən “Sabah” Azərbaycanın cari mövsümdəki əmsalına 0,250 xal əlavə edib. Bununla ölkəmizin 2026/27 mövsümündə topladığı əmsal 2,875-ə çatıb.
Cari göstəricidə “Sabah”ın payı 1,250, “Qarabağ”ın 0,750, “Zirə”nin 0,625, “Neftçi”nin isə 0,250 əmsaldır.
Azərbaycan ümumi reytinqdə 21,437 xalla 26-cı pillədə qərarlaşıb. Son nəticələrdən sonra mövqeyimiz dəyişməyib. 25-ci sırada olan Slovakiyanın 22,718, Azərbaycanın ən yaxın izləyicisi Bolqarıstanın isə 20,437 xalı var.
55 ölkənin yer aldığı UEFA reytinqinə 101,852 xalla İngiltərə başçılıq edir.
-
Qoroskop01:40Günün ulduz falı: Qarşınıza bəzi çətinliklər çıxacaq
-
Magazin100:27Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - Video
-
İdman30 Sentyabr 22:32Ronaldo millinin düşərgəsini tərk etdi, Madridə getdi - Onunla mübahisə edib?
-
Dünya30 Sentyabr 21:39Terror cəhdi: Pilot təyyarəni qəsdən qəzaya uğratmaq istəyib - Yeni detalllar
-
Sosial30 Sentyabr 19:00Limit 20 mindən 50 minə qaldırıldı: Gələn ildən... - Yeniləndi
-
Ekologiya30 Sentyabr 18:10Oktyabrın ilk günlərində leysan olacaq - Xəbərdarlıq
-
Nida Xəbər 30 Sentyabr 16:22Bu şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcək
-
Yaxın Şərq30 Sentyabr 13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı







.webp)
.webp)










.jpg)














