Texas Ukraynanı aldatdı: Pulu aldı, amma sursat istehsal etmədi - QALMAQAL
Bizi izləyin

Dünya

Texas Ukraynanı aldatdı: Pulu aldı, amma sursat istehsal etmədi - QALMAQAL

Texas Ukraynanı aldatdı: Pulu aldı, amma sursat istehsal etmədi -  QALMAQAL

ABŞ-ın Texas ştatında 533 milyon dollara qurulan zavodun Ukrayna üçün nəzərdə tutulan sursat istehsalını təmin edə bilmədiyi üzə çıxıb.

Publika.az xəbər verir ki, ABŞ hökuməti müdafiə şirkəti "General Dynamics"ə Texas ştatının Mesquite şəhərində 155 millimetrlik artilleriya mərmiləri üçün metal gövdələrin istehsal ediləcəyi zavodun tikintisinə 533 milyon dollar ayırıb.

Müəssisənin yaradılmasında məqsəd Ukraynadakı müharibə üçün ABŞ-ın artilleriya sursatı istehsalını artırmaq olub. Zavodun ayda təxminən 30 min detal istehsal etməsi planlaşdırılıb. Lakin ABŞ-da fəaliyyət göstərən qeyri-kommersiya araşdırmaçı jurnalistika təşkilatı olan "ProPublica"nın məlumatına görə, zavod 2026-cı ilin martına qədər bir dənə də yararlı detal istehsal edə bilməyib.

İstehsal prosesində ciddi problemlərin yarandığı bildirilir. Avadanlıqlar tez-tez sıradan çıxıb, sənaye robotları digər mexanizmlərlə toqquşub, ağır metal hissələr istehsalat sahəsinə düşüb. İşçilər avadanlıqlarda yanğınların da baş verdiyini deyiblər.

Qeyd edək ki, araşdırma "General Dynamics", ABŞ ordusu və Pentaqonun 36 hazırkı və keçmiş əməkdaşı ilə müsahibələr əsasında hazırlanıb.

"ProPublica" həmçinin zavodda yeni istehsal texnologiyasından istifadə qərarını araşdırıb. Sözügedən texnologiya Türkiyədən alınıb və əvvəl istifadə olunan istehsal üsulunu əvəz edib.

Beləliklə, ABŞ vergiödəyicilərinin yüz milyonlarla dolları xərclənsə də, zavodun əsas məqsədi - 155 millimetrlik artilleriya sursatlarının istehsalını artırmaq baş tutmayıb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm