Netanyahu Britaniyanı sərt şəkildə tənqid etdi - Buna görə
Bizi izləyin

Dünya

Netanyahu Britaniyanı sərt şəkildə tənqid etdi - Buna görə

Netanyahu Britaniyanı sərt şəkildə tənqid etdi -  Buna görə

İsrailin baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın İsrailə qarşı siyasətini və ölkədə miqrasiya proseslərini sərt şəkildə tənqid edib. O, ölkəni "Britaniya İslam Respublikası" adlandırıb.

Publika.az xəbər verir ki, Netanyahu İsrail podkastına müsahibəsində müasir Britaniyada İsrail tarixinin obyektiv və ya müsbət təqdimatını görməyin çətin olduğunu bildirib.

O, bu baxımdan 1967-ci ildəki Altıgünlük müharibənin Uinston Çörçillin nəvəsi tərəfindən işıqlandırılmasını xatırladıb.

Netanyahu Avropadakı demoqrafik və siyasi dəyişikliklərlə bağlı da kəskin ifadələr işlədib. Onun sözlərinə görə, “ilk nüvə silahına malik İslam Respublikası Britaniya olacaq” fikrini səsləndirənlər var.

“Biz əlimizdən gələni edirik ki, İranın belə bir imkana sahib olmasına imkan verməyək”, - İsrail hökumətinin başçısı deyib.

Netanyahunun bu açıqlamaları Qəzza müharibəsi fonunda London və Təl-Əviv arasında münasibətlərin gərginləşdiyi bir vaxtda səsləndirilib. Britaniya hökuməti İsrailin Qəzzadakı əməliyyatlarını tənqid edir və daha əvvəl Fələstini rəsmən tanıyıb.

Netanyahu bundan əvvəl də Böyük Britaniyanın Leyboristlər Partiyasının rəhbərliyini HƏMAS-a faktiki olaraq güzəştə getməkdə ittiham edib.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm