Dünya
Marsda çəkilmiş kadrda qəribə hərəkətli məxluq görüldü
“Curiosity” marsoxodunun arxiv fotosunda havada süzən meduzaya bənzər qəribə obyekt diqqət çəkib.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Qeyri-adi foto 2023-cü il avqustun 20-də Marsda çəkilib. Təsvirin sol küncündə ya iki nazik ayağı olan süzən məxluqu, ya da hansısa mexaniki qurğunu xatırladan kiçik fiqur seçilir. Panoramdan bir dəqiqədən də az əvvəl həmin ərazidən əldə olunmuş fotolarda bu fiqur yoxdur. Bu, obyektin hərəkətdə olduğuna işarə edə bilər. Dərc edilmiş növbəti kadr təxminən iki saat sonra, aparatın kamerası başqa tərəfə yönəldilərkən çəkilib.
Həkimlər bu cür “kəşfləri” pareydoliya - insan beyninin təsadüfən formalaşmış fiqur və təsvirlərə tanış mənalar yükəldiyi görmə illüziyasının bir növü ilə izah edirlər.
Marsda dəfələrlə müxtəlif obyektlərə bənzəyən daşlar lentə alınıb. Fotolarda başqa şeylərlə yanaşı, ayı başı, göbələk, döyüşçünün yonulmuş fiquru, kiçik qar adamı, qaşıq, bud sümüyü və həşəratlar tapılıb.
Hüseyn İbadlı
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO






.jpg)









.jpg)


















