Dünya
İran Kiyevi terrorda ittiham etdi: Təzminat ödənilməlidir!
İran Xəzər dənizində ölkəyə məxsus ticarət gəmisinə Ukrayna tərəfindən endirilən zərbəni “terror aktı” adlandırıb və Kiyevdən dəymiş zərərin tam ödənilməsini tələb edib.
Publika.az xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali “RİA Novosti”yə müsahibəsində deyib.
Diplomatın sözlərinə görə, iyulun 25-də baş verən hücum qəsdən həyata keçirilib və kommersiya yükü daşıyan mülki gəmiyə qarşı yönəlib. Nəticədə bir dənizçi ölüb, daha biri yaralanıb.
Cəlali bildirib ki, Ukraynanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Andrey Sibiqa İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı hadisəyə görə üzr istəyib. Buna baxmayaraq, Tehran dəymiş bütün zərərin kompensasiya edilməsində israrlıdır.
“Ukrayna dəymiş zərəri ödəməlidir. Kiyevin avropalı və amerikalı tərəfdarları da onun hərəkətlərinə görə məsuliyyət daşımalı və Ukraynanı məsuliyyətə cəlb etməlidirlər”, - Cəlali vurğulayıb.
İranlı diplomat Qərbi mülki obyektlərə hücum məsələsində ikili standartlar tətbiq etməkdə günahlandırıb. Onun sözlərinə görə, Qərbin yanaşması siyasi və seçicidir.
Məlumata əlavə olaraq onu da qeyd edək ki, Ukrayna İran gəmisinə hücumu təkrarlamayacağına dair Tehrana zəmanət verib.
“Onlar hücuma görə məsuliyyəti öz üzərlərinə götürdülər və belə hadisənin bir daha təkrarlanmayacağını vurğuladılar”, - Cəlali deyib.
Xəzər dənizindəki insident Rusiya-Ukrayna münaqişəsinin 2022-ci ildə başlamasından sonra İranın ticarət gəmisinə qarşı ilk belə hücum kimi qiymətləndirilir. Xəzər ənənəvi olaraq hərbi aktivliyin aşağı olduğu regionlardan biri hesab olunur.
Qeyd edək ki, 2024-cü ildə Ukrayna Qara dənizdəki obyektlərə zərbələr endirsə də, Xəzər regionunda analoji hücumlar qeydə alınmamışdı. İran isə daha əvvəl strateji əhəmiyyət daşıyan Xəzərdə öz gəmilərini qorumağa hazır olduğunu bəyan edib.
Müəllif: Adəm
-
Sosial14:40"Telegram" bir gündə 100 mindən çox kanal və qrupu blokladı
-
Region13:17İranla ən çox ticarət edən 20 ölkə: Azərbaycan görün neçəncidir - SİYAHI
-
Rəsmi xronika12:57Prezident balaca Gülərin arzusunu belə reallaşdırdı - VİDEO
-
Region11:17Rusiyadan Türkiyəyə S-400 jesti: Bu ölkəyə satmasına mane olmayacaq
-
ABŞ10:20Tramp İran bataqlığında: ABŞ Yaxın Şərqdə müttəfiqlərinin etimadını itirir
-
Region09:49Ermənistan Aİİ-dən çıxsa, iqtisadiyyatı çökə bilər - Böyük zərbə xəbərdarlığı
-
Enerji09:00"Brent" markalı neft kəskin bahalaşdı
-
Magazin106:16Müğənni Dəniz yeni imici ilə müzakirə yaratdı - VİDEO








.jpg)

.jpg)

























