Dünya
Netanyahu Türkiyə ilə savaşa hazırlaşır? - Sabiq baş nazirdən açıqlama
İsrailin sabiq baş naziri Ehud Barak baş nazir Benyamin Netanyahunu Türkiyə ilə münasibətləri qəsdən gərginləşdirməkdə ittiham edib.
Publika.az xəbər verir ki, Barak İsrailin avqustun 18-də Suriyanın şimal-qərbindəki Əbu-əd-Duhur aviabazasına endirdiyi zərbələri “düşünülməmiş addım” adlandırıb.
İsrail təyyarələri aviabazaya 8 zərbə endirib, nəticədə uçuş-enmə zolağı, anbarlar və digər infrastruktur obyektləri zədələnib. Hücumdan əvvəl ərazidə Türkiyə hərbi nümayəndə heyəti olub.
İsrail tərəfi Dəməşqin aerodromda türk hərbçilərinin yerləşdirilməsinə hazırlaşdığını və bunun İsrail üçün təhlükə yaradacağını bildirib. Türkiyə və Suriya isə bu iddiaları rədd edib.
Barakın sözlərinə görə, Ankara ilə fikir ayrılıqları ABŞ-ın vasitəçiliyi ilə qapalı danışıqlar yolu ilə həll edilə bilərdi. O, Türkiyənin İsrail üçün İran səviyyəsində düşmən olmadığını vurğulayıb.
Sabiq baş nazir hesab edir ki, Netanyahu qarşıdan gələn parlament seçkiləri ərəfəsində gərginliyi artırmaqla İsrail cəmiyyətində qorxunu gücləndirməyə və hakimiyyət tərəfdarlarını səfərbər etməyə çalışır.
Türkiyə İsrailin zərbələrini Suriyanın suverenliyinin pozulması kimi qiymətləndirib. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak da hücumu “lazımsız eskalasiya” adlandıraraq tərəfləri diplomatik yola çağırıb.
Müəllif: Adəm
-
Avropa16:58NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
-
Rəsmi xronika15:57Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
Cənubi Qafqaz14:42Paşinyandan kilsəyə zərbə: II Qaregin devriləcək - Yeni plan üzə çıxdı
-
Yaxın Şərq13:30İran ABŞ-ı hədələdi: Bu dəfə silahlarımız fərqli olacaq
-
ABŞ10:12ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi - Astronomik məbləğ
-
Hadisə09:35DTX-dən əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
-
Region09:28İstanbul yenə silkələndi: Bir-birinin ardınca zəlzələlər
-
ABŞ07:35Tramp İrana qarşı nəhəng iqtisadi müharibə elan etdi



















.jpg)















