Biz bu filmi artıq görmüşük, eyni cəfəngiyyat... - Əraqçidən Trampa sərt reaksiya
Bizi izləyin

Dünya

Biz bu filmi artıq görmüşük, eyni cəfəngiyyat... - Əraqçidən Trampa sərt reaksiya

Biz bu filmi artıq görmüşük, eyni cəfəngiyyat... - Əraqçidən Trampa sərt reaksiya

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ-ın yeni təzyiq tədbirlərinin nəticə verməyəcəyini bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək ABŞ-ın İrana qarşı əvvəlki sanksiya və təzyiq kampaniyalarını xatırladıb:

“14 il əvvəl: “Tarixdə ən dağıdıcı sanksiyalar”. Uğursuzluq.

8 il əvvəl: “Maksimum təzyiq”. Uğursuzluq.

5 ay əvvəl: “Şərtsiz təslimçilik”. Uğursuzluq.

Bu gün: “Tarixdə ən sarsıdıcı iqtisadi əməliyyat”. Uğursuzluğa məhkumdur.

Biz bu filmi artıq görmüşük. Eyni cəfəngiyyatlar. Fərqli təhrikçilər”.

Əraqçi vurğulayıb ki, İrana sanksiyalar və müxtəlif təzyiq vasitələri ilə təsir göstərmək cəhdləri indiyədək uğursuz olub və yeni tədbirlər də eyni aqibətlə üzləşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm