Dünya
İspaniyada böhran: Minlərlə miqrant küçələrə axışdı
İspaniyanın muxtar şəhəri Seutada miqrasiya böhranı fonunda kriminal vəziyyət kəskinləşib.
Publika.az xəbər verir ki, bu barədə “20 Minutos” qəzeti məlumat yayıb.
Bildirilib ki, şəhərdə təcili xidmətlərə müraciətlərin sayı təxminən 10 dəfə artıb, küçələrdə isə 8-10 min qanunsuz miqrant qalır.
Məlumata görə, son günlər oğurluq, quldurluq və miqrantlar arasında qarşıdurmaların sayı artıb. İspaniya Milli Polisinin JUPOL həmkarlar ittifaqının nümayəndələri asayişin qorunması üçün mövcud qüvvələrin kifayət etmədiyini qeyd ediblər.
“Seutada vəziyyət getdikcə daha da qeyri-sabit olur”, - həmkarlar ittifaqından bildirilib. Qeyd olunur ki, minlərlə insanın həftələrlə küçələrdə qalması gərginliyi daha da artırır.
Qəzetin yazdığına görə, bir çox yerli sakin hava qaralandan sonra evdən çıxmamağa çalışır. Bir sıra əyləncə məkanları da fəaliyyətini dayandırıb.
İspaniya Mülki Qvardiyasının həmkarlar ittifaqı isə miqrantların Mərakeşə geri qaytarılmasının çox aşağı templə həyata keçirildiyini bildirib. Onların məlumatına görə, hər gün cəmi 10-20 nəfər deportasiya edilir. Bu səbəbdən böhranın həlli uzun müddət çəkə bilər.
Qeyd edək ki, Seutaya kütləvi miqrant axını iyulun sonunda başlayıb. On minlərlə insan Mərakeşlə sərhəddəki dalğaqıranı keçərək şəhərə daxil olmağa çalışıb.
Böhran fonunda İspaniya hakimiyyəti təhlükəsizliyin təmin olunmasına kömək üçün hərbçiləri də bölgəyə cəlb edib.
Müəllif: Adəm
-
Kriminal03:44Canlı yayımda söyüş söyən şəxs saxlanıldı
-
MDB02:19Rusiyada dəhşətli yanğın: matəm elan olundu - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: hər şey sizin xeyrinizə dəyişəcək
-
İdman28 Sentyabr 22:18Bir dövr, iki fərqli sonluq: Messi zirvədə vidalaşır, Ronaldo isə…
-
Nida Xəbər 28 Sentyabr 22:0437 yaşlı yeni başçının dosyesi
-
Nida Xəbər 28 Sentyabr 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB28 Sentyabr 13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə28 Sentyabr 13:27Əvəz Zeynallı vəfat etdi


































.jpg)
.jpg)
