Dünya
ABŞ-a məxsus hərbi təyyarə Moskva hava limanında: Səfərin məqsədi nədir?
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing C-17 Globemaster III" hərbi-nəqliyyat təyyarəsi Moskvanın Vnukovo hava limanına eniş edib.
Publika.az xəbər verir ki, bu barədə "Flightradar24" məlumat yayıb.
Bildirilib ki, "RCH4555" bort nömrəli təyyarə Moskva vaxtı ilə saat 08:50 radələrində Riqadan havaya qalxıb və saat 10:04-də Vnukovoya çatıb. Hazırda təyyarənin izlənməsi mümkün deyil. Onun radar əhatəsindən kənarda olduğu və ya artıq hava limanında dayandığı ehtimal edilir.
Təyyarənin əvvəlki uçuşları da diqqət çəkir. Belə ki, təyyarə avqustun 23-də ABŞ-ın Merilend ştatındakı Kemp-Sprinqs şəhərindən Riqaya uçub. Burada ABŞ prezidentinin "Air Force One" təyyarəsinin də bazalandığı Endryus aviabazası yerləşir.
"Boeing C-17 Globemaster III" strateji və taktiki məqsədlərlə hərbi heyət və yüklərin daşınması üçün nəzərdə tutulub. Təyyarə 77,5 tona qədər yük, o cümlədən iri ölçülü hərbi texnika daşıya bilir.
ABŞ-a məxsus hərbi təyyarənin Moskvaya səfərinin məqsədi isə hələlik rəsmi olaraq açıqlanmayıb.
Müəllif: Adəm
-
Rəsmi xronika16:41Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişdi
-
Dünya13:17İtaliya Makronun təşəbbüsünə "yox" dedi - Roma hərbçi göndərməyəcək
-
Cənubi Qafqaz12:42Köçəryan və oğlunun saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: Atmayın, 250 manata alırlar - FOTO
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
































.jpg)

.jpg)
