Dünya
Çin ABŞ-ın İrana qarşı “sarsıdıcı” planına qarşı çıxdı
Çin ABŞ-ın İrana qarşı həyata keçirməyi planlaşdırdığı “sarsıdıcı” iqtisadi əməliyyata qarşı çıxıb.
Publika.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan bildirib.
Diplomat qeyd edib ki, Pekin beynəlxalq hüquqa əsaslanmayan və BMT Təhlükəsizlik Şurasının icazəsi olmayan birtərəfli sanksiyalara qəti şəkildə qarşıdır. Onun sözlərinə görə, əsas vəzifə vəziyyəti gərginləşdirməmək, tərəflərin mümkün qədər tez dialoq və danışıqlara qayıtmasını təmin etməkdir.
Lin Tszyan vurğulayıb ki, iqtisadi müharibə və təzyiq ziddiyyətlərin həllinə kömək etməyəcək, əksinə, münaqişəni daha da dərinləşdirəcək, əlavə risklər yaradacaq və digər ölkələrin hüquq və maraqlarına zərər vuracaq.
Çin XİN rəsmisi Pekinin öz hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün bütün zəruri tədbirləri görəcəyini də bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ maliyyə naziri Skott Bessent İrana qarşı yeni sanksiyalar elan edib. Məhdudiyyətlər 48 hüquqi və 24 fiziki şəxsi, həmçinin 6 neft tankerini əhatə edir. Vaşinqtonun yeni sanksiyalar paketi Tehrana qarşı “sarsıdıcı” iqtisadi əməliyyatın tərkib hissəsi kimi təqdim olunub.
Müəllif: Adəm
-
Kriminal03:44Canlı yayımda söyüş söyən şəxs saxlanıldı
-
MDB02:19Rusiyada dəhşətli yanğın: matəm elan olundu - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: hər şey sizin xeyrinizə dəyişəcək
-
İdman28 Sentyabr 22:18Bir dövr, iki fərqli sonluq: Messi zirvədə vidalaşır, Ronaldo isə…
-
Nida Xəbər 28 Sentyabr 22:0437 yaşlı yeni başçının dosyesi
-
Nida Xəbər 28 Sentyabr 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB28 Sentyabr 13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə28 Sentyabr 13:27Əvəz Zeynallı vəfat etdi


































.jpg)
.jpg)
