Dünya
Avropalı liderlər Kiyevə niyə getmədi? - Zelenskinin keçmiş sözçüsündən ŞOK İDDİA
Avropalı liderlərin Ukraynanın Müstəqillik Günü münasibətilə Kiyevə səfərdən imtina etməsinin səbəbi ilə bağlı yeni iddia ortaya atılıb.
Publika.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel sosial şəbəkədəki paylaşımında diqqətləri Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts, Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Kiyevə niyə gəlməməsinə çəkib.
Mendel bildirib ki, daha əvvəl onların Ukraynanın Müstəqillik Günü tədbirlərində iştirak edəcəyi açıqlansa da, səfər baş tutmayıb. Onun fikrincə, bunun səbəblərindən biri keçmiş müdafiə naziri Mixail Fyodorovun ölkədə idarəçilik böhranı ilə bağlı son açıqlamaları ola bilər.
Keçmiş sözçünün iddiasına görə, avropalı liderlər həmçinin Ukraynadakı vəziyyətin pisləşməsi ilə əlaqələndirilmək istəməyiblər. O hesab edir ki, korrupsiya qalmaqalları və insan hüquqları ilə bağlı pozuntular Zelenskinin ətrafının Ukraynanın mövqelərinə ciddi zərbə vurmasına səbəb olub.
Qeyd edək ki, Mixail Fyodorov daha əvvəl Ukraynada idarəçilik böhranının yarandığını bildirərək seçkilərin keçirilməsini təklif edib. O, insanların qəbul edilən qərarların məntiqini anlamadan yaşamaqdan yorulduğunu deyib.
Müəllif: Adəm
-
Kriminal03:44Canlı yayımda söyüş söyən şəxs saxlanıldı
-
MDB02:19Rusiyada dəhşətli yanğın: matəm elan olundu - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: hər şey sizin xeyrinizə dəyişəcək
-
İdman28 Sentyabr 22:18Bir dövr, iki fərqli sonluq: Messi zirvədə vidalaşır, Ronaldo isə…
-
Nida Xəbər 28 Sentyabr 22:0437 yaşlı yeni başçının dosyesi
-
Nida Xəbər 28 Sentyabr 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB28 Sentyabr 13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə28 Sentyabr 13:27Əvəz Zeynallı vəfat etdi


















.jpg)
















.jpg)
