Dünya
Yeni doğulan körpə paltaryuyan maşında ölü tapıldı: 33 bıçaq yarası - FOTO
Böyük Britaniyanın Şeffild şəhərində yeni doğulmuş qız uşağının qətlə yetirilməsi ilə bağlı dəhşətli hadisənin təfərrüatı üzə çıxıb.
Publika.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Məhkəmə-tibb ekspertizasının rəyinə görə, paltaryuyan maşında ölü tapılan uşağın bədənində 15 ayrı bıçaq zərbəsindən 33 yara aşkarlanıb.
Hadisə ilə bağlı körpənin anası Andrea Skopova, onun tanışı Piter Horvat, eləcə də Horvatın valideynləri saxlanılıb. Onlar qətldə və istintaqa mane olmaqda ittiham olunurlar.
Məlumata görə, Skopova hamiləliyinin 37-ci həftəsində evdə doğuş edib və sonradan xəstəxanaya yerləşdirilib. Tibb işçiləri körpənin taleyindən narahat olaraq polisə məlumat veriblər. Polis uşağı anasının evində tapa bilməyib və araşdırma nəticəsində meyitin olduğu ünvana gedib.
Hazırda bütün şübhəlilər həbsdədir.
Müəllif: Roza
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...
-
Kriminal08:12Azərbaycanda parkda qətl hadisəsi baş verdi - Saxlanılan var
-
Dünya07:5519 çamadan, 1 milyon avro və casus avadanlıqları... - Rusiyalı ər-arvad həbs edildi
-
Ekopublika.az07:35Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - Səbəb
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj































.jpg)

