Dünya
Dələduzlar valideynləri belə aldadır: Müəllimlərin səsi saxtalaşdırılır
Dərs ilinin başlaması ilə məktəblilərin valideynlərinə qarşı dələduzluq cəhdləri artır.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Anastasiya Patruşeva “Qazeta.ru”yu açıqlamasında bildirib.
Onun sözlərinə görə, fırıldaqçılar özlərini müəllim, məktəb komitəsinin nümayəndəsi və ya digər valideyn kimi təqdim edərək insanları aldatmağa çalışırlar.
Kiberdələduzluğun əsas üsullarından biri isə vişinqdir. Süni intellekt vasitəsilə müəllimlərin səsi saxtalaşdırılır və valideynlərdən sinfin ehtiyacları üçün pul köçürmək və ya şəxsi məlumatlarını təqdim etmək tələb olunur.
Digər geniş yayılmış üsul isə elektron gündəliyə giriş bəhanəsi ilə valideyndən SMS-lə göndərilən təsdiq kodunu istəməkdir. Bu kod vasitəsilə dələduzlar şəxsi hesablara giriş əldə edə bilərlər.
Mütəxəssis şübhəli zəng daxil olarsa, söhbəti dərhal dayandırmaq və məktəblə rəsmi telefon nömrəsi vasitəsilə əlaqə saxlamağı tövsiyə edib.
Müəllif: Roza
-
Kriminal08:12Azərbaycanda parkda qətl hadisəsi baş verdi - Saxlanılan var
-
Dünya07:5519 çamadan, 1 milyon avro və casus avadanlıqları... - Rusiyalı ər-arvad həbs edildi
-
Ekopublika.az07:35Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - Səbəb
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi












.jpg)


















.jpg)

