Dünya
“Apple” rəhbərinin 15 illik sirri: Hər səhər eyni şeyi edir
2011-ci ildən “Apple” şirkətinə rəhbərlik edən Tim Kukun illərdir dəyişməyən səhər rutini üzə çıxıb.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilib ki, məşhur CEO günə olduqca erkən başlayır. O, səhər saatlarını gün ərzində üzərində ən çox nəzarətə sahib olduğu vaxt kimi qiymətləndirir və günün ilk saatlarını əsasən özünə ayırır.
Kuk daha əvvəl açıqlamışdı ki, səhər saat 05:00-da oyanır və günə elektron poçtlarını yoxlamaqla başlayır. Lakin onun oxuduğu məktublar adi iş yazışmalarından fərqlənir.
“Apple” rəhbəri dünyanın müxtəlif yerlərində yaşayan istifadəçilərdən gələn mesajları oxuyur. Onlar “Apple” məhsulları ilə bağlı təcrübələrini, həyatlarında baş verən mühüm hadisələri, hətta məhsullarla bağlı narazılıqlarını belə birbaşa Kuka çatdırırlar.
O hesab edir ki, bu mesajlar ona insanların həyatı ilə “Apple” arasındakı əlaqəni daha yaxşı anlamağa kömək edir. Eyni zamanda həmin yazışmalarn onda daha çox işləmək və daha yaxşı nəticələr əldə etmək istəyi yaratdığını deyir.
Kukun səhər rutininin digər diqqətçəkən məqamı isə qidalanmasıdır. Onun sözlərinə görə, səhər yeməyi də illərdir dəyişməyib. Məşhur CEO zülal ağırlıqlı dənli səhər yeməyi və şəkərsiz badam südünə üstünlük verir.
Qeyd edək ki, Tim Kuk sentyabrın 1-dən etibarən “Apple” CEO-su vəzifəsindən ayrılıb. Onu Con Ternus əvəz edib. Kuk isə “Apple”da icraçı sədr kimi fəaliyyətini davam etdirəcək.
Müəllif: Roza
-
Kriminal08:12Azərbaycanda parkda qətl hadisəsi baş verdi - Saxlanılan var
-
Dünya07:5519 çamadan, 1 milyon avro və casus avadanlıqları... - Rusiyalı ər-arvad həbs edildi
-
Ekopublika.az07:35Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - Səbəb
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi












.jpg)


















.jpg)

