Dünya
Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
Yunanıstan mətbuatı İsraillə hərbi əməkdaşlığın pərdəarxası ilə bağlı diqqətçəkən detallar açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “OnAlert” nəşri analiz dərc edib.
Analizdə Afina ilə Təl-Əviv arasında hərbi əməkdaşlığın yalnız silah alışından ibarət olmadığı, İsrailin kəşfiyyat, müşahidə, elektron müharibə və pilotsuz sistemlər sahəsində təcrübəsinin Yunanıstan ordusuna ötürüldüyü bildirilib. Nəşr iddia edib ki, İsrail Türkiyənin hərəkətləri və hərbi fəaliyyətləri barədə Yunanıstana məlumatlar verir. Bu məlumat mübadiləsinin əhatə dairəsi və məzmununun ictimaiyyətə açıqlanmadığı vurğulanıb.
Analizdə Türkiyənin son illərdə İHA/SİHA, elektron müharibə, kəşfiyyat-müşahidə, dəqiq zərbə və şəbəkə mərkəzli əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə inkişaf etdirdiyi qeyd olunub. Yunanıstanın İsrail vasitəsilə əldə etməyə çalışdığı imkanların qarşısında Türkiyənin inkişaf edən yerli müdafiə sənayesinin mühüm amil olduğu bildirilib.
Yunanıstanın İsraillə əməkdaşlığı çərçivəsində “SPIKE NLOS” və “PULS” sistemləri, həmçinin yeni çoxqatlı hava və raketdən müdafiə layihəsi olan “Tholos” xüsusi diqqət çəkir.
Bu layihədə “Davud sapandı”, “SPYDER”, “BARAK MX”, İsrail radarları və vahid komanda-idarəetmə sistemlərinin birləşdirilməsi planlaşdırılır. Məqsəd Yunanıstanın hava müdafiəsini vahid, şəbəkəyə bağlı müdafiə arxitekturasına çevirməkdir. Yunan mətbuatı bunun Türkiyənin mümkün hava əməliyyatları üçün əlavə çətinlik yaradacağını yazıb.
Məlumata görə, 2026-cı il Müdafiə Əməkdaşlığı Proqramı çərçivəsində 54 fəaliyyət planlaşdırılıb. Onlardan 29-unun Yunanıstanda, 25-nin isə İsraildə keçirilməsi nəzərdə tutulur.
Nəşr mümkün Türkiyə-Yunanıstan münaqişəsində İsrailin roluna da toxunub. Vurğulanıb ki, İsraili mümkün münaqişədə avtomatik olaraq Yunanıstanın tərəfində müharibəyə cəlb edəcək ittifaq müddəası yoxdur. Buna görə İsrailin belə bir ssenaridə hərbi müdaxiləsinin avtomatik olacağını düşünmək doğru deyil.
Müəllif: Roza
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi

































