Etiraz dalğası Avropanı bürüyür: Küçələrdə qarşıdurma, yanğınlar və kütləvi həbslər
Bizi izləyin

Dünya

Etiraz dalğası Avropanı bürüyür: Küçələrdə qarşıdurma, yanğınlar və kütləvi həbslər

Etiraz dalğası Avropanı bürüyür: Küçələrdə qarşıdurma, yanğınlar və kütləvi həbslər

Fransada başlayan etirazlar Belçika və İtaliya da daxil olmaqla bir sıra Avropa ölkələrinə yayılıb. Nümayişlər zamanı toqquşmalar baş verib, mağazalar talan edilib, avtomobillər və binalar yandırılıb.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, Fransada aksiyalar zamanı bir nəfər ölüb, təxminən 1200 nəfər saxlanılıb. Ölkə üzrə 500 fərqli nöqtədə aksiya çağırışı edilib. Parisdə polis Yelisey Sarayı və Şanzelize prospekti kimi mühüm ərazilərdə nümayişləri qadağan edib. Toqquşmalar zamanı 600-dən çox polis və yanğınsöndürənin yaralandığı, paytaxtda isə 855 nəfərin saxlanıldığı açıqlanıb.

Fransadan sonra İtaliyanın Milan, Bolonya və Turin şəhərlərində də yaşayış xərclərinin artmasına və Baş nazir Corcia Meloninin rəhbərlik etdiyi sağçı koalisiya hökumətinə qarşı etirazlar keçirilib. Milanda nümayişçilərlə polis arasında qarşıdurmalar yaşanıb.

Belçikanın Brüssel və Lyej şəhərlərində təhsil siyasətinə və büdcə ixtisarlarına qarşı keçirilən aksiyalar zamanı zorakılıq hadisələri və yanğınlar baş verib. Lyej polisi 45 nəfərin saxlanıldığını açıqlayıb.

Fransa prezidenti Emmanuel Makron xalqa müraciətində baş verən hadisələri pisləyib. O bildirib ki, respublikanı dağıtmağa çalışanlar cavab verəcəklər.

Makron küçələrdə baş verən hadisələrin utanc doğurduğunu vurğulayaraq dövlət binalarına hücum edənlərin törətdikləri əməllərə görə cəzalandırılmalı olduğunu qeyd edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm