Bu dəfə Dərviş yox, etirazçılar Parisi partladır - 1800 nəfər saxlanıldı
Bizi izləyin

Avropa

Bu dəfə Dərviş yox, etirazçılar Parisi partladır - 1800 nəfər saxlanıldı

Bu dəfə Dərviş yox, etirazçılar Parisi partladır - 1800 nəfər saxlanıldı

Xəbər verdiyimiz kimi Fransada kütləvi iğtişaşlarla müşayiət olunan etirazlar keçirilir.

Publika.az "TF1 Info"ya istinadən xəbər verir ki, təkcə dünən keçirilən etiraz aksiyaları zamanı 1800-dən çox insan həbs olunub. Rəqəmi ölkənin Daxili İşlər Naziri açıqlayıb.

Xarici medianın yaydığı xəbərlərdə qeyd edilir ki, iğtişaşlar Paris, Marsel, Lion, Bordo və digər şəhərlərə yayılıb. Fərqli hesablamalara görə, etirazçıların sayı 550.000 ilə 800.000 arasında dəyişir. Rəsmi məlumatlar bu rəqəmin 550.000 olduğunu göstərir. Ümumi Əmək Konfederasiyası (CGTL) isə 800.000 nəfərin etiraza qalxdığını iddia edir.

Limojda etirazçıların əməlləri daha ağır nəticələrə səbəb olub. Belə ki, iğtişaşçılar 1883-cü ildə tikilmiş bələdiyyə binasını yandırıblar. Yanğın saat qülləsinin uçmasına və binanın damı ilə əksər hissəsinin tam dağılmasına səbəb olub.

Marseldə isə nümayişçilər polis bölməsinə basqına, bələdiyyə binasını dağıtmağa və mağazaları talan etməyə cəhd ediblər. Lionda qara geyimli naməlum şəxslər isə 174 illik turistik binanını yandırıblar. Onlar həmçinin yanğınsöndürənlərə də mane olublar.

Parisdə polis Respublika meydanına toplaşan iğtişaşçılara qarşı göz yaşartıcı qazdan istifadə edib. Paytaxtda da etirazçılar talançılıq əməllərindən qalmayıblar. Onlar mağazaların vitrinlərini sındırıb və maşınları yandırıblar. Sent-Etyendə isə polisin etirazçılar çün olan xüsusi qumbarasının partlaması nəticəsində bir etirazçı qolunu itirib.

Fransanın Baş naziri Sebastyan Lekornu ölkədə müşayiət olunan fəlakətli zorakılıqlarda "ultra solçu" qrupları günahlandırıb və onların hərəkətlərinin mütəşəkkil şəkildə təşkil olunduğunu deyib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm