Dünya
Dəhşətli fəlakətdən 11 gün sonra möcüzə baş verdi
Nepalda dağıdıcı daşqınlardan 11 gün sonra iki nəfər suda sağ tapılıb.
Publika.az xəbər verir ki, bu barədə “The Kathmandu Post” məlumat verir.
Xilas edilən ilk şəxs Çin vətəndaşı olub. O, Rasuva rayonunda “Yuxarı Trişuli-1” su-elektrik layihəsinin tunelində ilişib qalıb. Xəsarət alan şəxs növbəti yardımın göstərilməsi üçün hərbi kazarmaya çatdırılıb.
Bundan əlavə, mütəxəssislər 64 yaşlı yerli sakin Çandika Şrestxunu xilas etməyə müvəffəq olublar. O, qismən su altında qalmış evin dördüncü mərtəbəsində tapılıb. Qadını çıxarmaq üçün xilasedicilər divarı deşməli olublar. Ona dərhal ilk yardım göstərilib və su verilib. Şrestxunun vəziyyəti o qədər ağır olub ki, onu qollarında çıxarıblar.
Nepalda fəlakətli daşqınlar avqustun 26-da başlayıb. Fəlakət nəticəsində Timur, Syafrubezi, Trişuli, Betraviti və Battar şəhərlərində evləri və körpüləri su aparıb, yollar su altında qalıb. Həlak olanların sayı 1287 nəfərə çatıb, beş mindən çox insan isə itkin düşmüş sayılır.
Təbii fəlakətə zəlzələnin törətdiyi qar uçqunu təkan verib. Kataklizmin digər səbəbi kimi Lanqtanq-Lirunq zirvəsindəki dağ yamacının bir hissəsinin uçması göstərilir. Fəlakət başladıqdan bir gün sonra çəkilmiş peyk təsvirləri buzlaq altındakı dağ yamacının zədələndiyini göstərib. Nəticədə milyonlarla ton daş və buz kütləsi dar dərəyə uçaraq aşağıya doğru hərəkət edib.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi






.jpg)







.jpg)

.jpg)













.jpg)

