Dünya
Səfirlik 100-ə yaxın “iPhone” alır - 86 min dollar xərclənəcək
ABŞ-ın Kiyevdəki səfirliyi Ukraynadakı adı açıqlanmayan dövlət qurumunun ehtiyacları üçün təxminən 86 min dollar dəyərində iPhone 17 smartfonlarının alınması ilə bağlı müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, “RIA Novosti”nin ABŞ hökumətinin sənədlərinə istinadən yaydığı məlumata görə, müqavilə sentyabrın 10-da Kiyevdə yerləşən C.T. Line LLC şirkəti ilə bağlanıb. Sənəddə alınacaq telefonların dəqiq sayı göstərilməsə də, ABŞ-da iPhone 17-nin minimum qiyməti 899 dollar olduğundan müqavilənin məbləği təxminən 95 smartfona uyğundur.
Satınalma ABŞ Dövlət Departamentinin narkotiklərlə beynəlxalq mübarizə və hüquq-mühafizə fəaliyyəti üzrə bürosunun (INL) beynəlxalq texniki yardım proqramı çərçivəsində həyata keçirilib. Sənəddə telefonların ABŞ diplomatları üçün deyil, Ukrayna tərəfinə təhvil verilməsi nəzərdə tutulub.
Hansı Ukrayna qurumunun smartfonları alacağı isə sənəddə açıqlanmayıb. INL Ukraynada, o cümlədən Milli Polis, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq və korrupsiyaya qarşı mübarizə qurumları ilə əməkdaşlıq edir.
Qeyd edək ki, ABŞ daha əvvəl Ukraynanın hüquq-mühafizə orqanları üçün müxtəlif texniki vasitələrin və cinayətkarlıqla mübarizə məqsədilə pilotsuz uçuş aparatlarının alınmasını da maliyyələşdirib.
Ləman
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO











.png)




















