Dünya
İsraildən Türkiyəyə şok təklif: Suriyanı bölüşək - Ankaranın cavabı açıqlandı
İsrailin Suriyada hərbi təsir dairəsini genişləndirmək planının Türkiyənin mövqeyi ilə qarşılaşdığı iddia olunur.
Publika.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
Bildirilib ki, İsrail Türkiyəyə vasitəçi ölkə üzərindən Suriyanın ayrı-ayrı bölgələrində hərbi təsir sahələrinin bölüşdürülməsini təklif edib. Təklifə əsasən, Dəməşq, Dəra, Qüneytrə və Tartus istiqamətinin İsrailin, Hələb, Həma, Həsəkə, Deyr əz-Zor və Rəqqa bölgələrinin isə Türkiyənin təsir dairəsində qalması nəzərdə tutulub.
İddialara görə, İsrail bunun müqabilində Türkiyədən Qolandan Əs-Süveydaya qədər açılması planlaşdırılan hərbi dəhlizə və bölgədə yaradılacaq hava müdafiə sisteminə müdaxilə etməməsini istəyib. Ankara isə bu təklifi qəti şəkildə rədd edib.
Məlumata görə, İsrailin planlarından biri Suriyanın cənubunda süni qarşıdurmalar və üsyanlar yaradaraq mümkün hərbi müdaxiləyə əsas qazandırmaqdır. Xüsusilə Süveyda və Dəməşqin Cərəmana bölgəsinin mümkün hədəflər arasında olduğu bildirilir.
İsrail mediasında yayılan iddialara görə, Tel-Əviv Dəra və Qüneytrədən başlayaraq Dəməşqə qədər uzanacaq hərbi əməliyyat ssenarisini də nəzərdən keçirir. Bunun üçün bölgədəki hərbi qüvvələrin artırılması və intensiv hava-quru zərbələrinin endirilməsi planlaşdırılır.
Hazırda İsrailin Suriya ərazisində 12 hərbi bazaya malik olduğu, bu sayın 40-a çatdırılmasının və Suriya ərazisinin 15-20 faizinin nəzarətə götürülməsinin planlaşdırıldığı da iddia edilir.
Bütün bunların fonunda Türkiyənin Suriyadakı mövqeyini gücləndirməsi və Ankara ilə Dəməşq arasında diplomatik təmasların artması İsrailin planları qarşısında əsas maneələrdən biri kimi qiymətləndirilir.
Müəllif: Roza
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR



































