Dünya
Türkiyə-Azərbaycan qardaşlığını hədəf aldılar: Bakını Ankaradan uzaqlaşdıracağıq
Hindistanın NDTV kanalında Azərbaycan-Türkiyə münasibətlərinə dair analiz dərc olunub.
Publika.az xəbər verir ki, analizdə Hindistanın Baş naziri Narendra Modi ilə Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində görüşü və Bakı ilə Yeni Dehli arasındakı münasibətlər müzakirə olunub.
Yazıda Türkiyənin Hindistan üçün getdikcə daha böyük strateji təhdidə çevrildiyi iddia edilib. Bildirilib ki, Yeni Dehli bu vəziyyətdən öz maraqları naminə istifadə etməyə və Azərbaycanı Türkiyədən uzaqlaşdırmağa çalışa bilər.
Analizdə Azərbaycanın Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizində strateji əhəmiyyət daşıdığı vurğulanıb. Bununla yanaşı, Azərbaycan-Pakistan yaxınlığı və Bakının Kəşmir məsələsində İslamabadı dəstəkləməsi Hindistanın narazılığına səbəb olan amillər kimi göstərilib.
Məqalədə Türkiyə və Azərbaycan arasındakı “Bir millət, iki dövlət” ideyası da hədəfə alınıb. Azərbaycanın Ermənistanla sülh prosesi və Türkiyə-Ermənistan normallaşması fonunda Ankara-Bakı münasibətlərində müəyyən fikir ayrılıqlarının yarana biləcəyi irəli sürülüb.
Analizin sonunda isə Modi və Əliyev arasındakı görüş Hindistan və Azərbaycan arasında münasibətlərin yenidən formalaşdırılması cəhdi kimi qiymətləndirilib.
Müəllif: Roza
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli































