Dünya
Orban yeni yaradılan qurumu hədələdi - Macarıstanda ara qarışdı
Macarıstanda Dövlət Aktivlərinin Qaytarılması və Mühafizəsi üzrə Milli İdarənin rəhbəri Anna Unqer əməkdaşların təhdid və təzyiqlərdən qorunacağını açıqlayıb.
Publika.az xəbər verir ki, Unqerin sözlərinə görə, konkret təhdidlər olduğu halda qanun çərçivəsində tədbirlər görüləcək.
Bu açıqlama keçmiş baş nazir Viktor Orbanın yeni qurumu sərt tənqid etməsindən sonra verilib. Orban idarəni kommunist dövrünün dövlət təhlükəsizlik qurumu olan ÁVH ilə müqayisə edib və hakimiyyətə qayıdacağı təqdirdə əməkdaşların hüquqi və maliyyə məsuliyyəti ilə üzləşə biləcəyini bildirib. O, qurum əməkdaşlarının adlarının açıqlanacağını və onların fəaliyyətinin izlənəcəyini də deyib.
Baş nazir Peter Madyar isə Orbanın bu fikirlərini "misli görünməmiş" adlandırıb. O bildirib ki, qanuni fəaliyyət göstərən müstəntiqlərə, polis və prokurorlara təhdidlər vəzifəli şəxsə qarşı zorakılıqla bağlı maddə üzrə cinayət məsuliyyəti yarada bilər.
Qeyd edək ki, Dövlət Aktivlərinin Qaytarılması və Mühafizəsi üzrə Milli İdarə 2026-cı ildə dövlət vəsaitlərindən qanunsuz istifadənin araşdırılması və aktivlərin dövlətə qaytarılması məqsədilə yaradılıb. Anna Unqer avqustun 28-də rəhbər seçilib, 6 illik səlahiyyət müddəti sentyabrın 1-də başlayıb.
Müəllif: Adəm
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI











.jpg)





















