Dünya
Baş nazirdən əcnəbilərə ŞOK MESAJ - “Gedin ölkənizdə ölün”
Tailandın Baş naziri və daxili işlər naziri Anutin Çanvirakun yerli qanunları pozan əcnəbiləri ölkəni tərk etməyə çağırıb, həmçinin xarici vətəndaşlar üçün özəl qəbiristanlıqların yaradılmasına kəskin etiraz edib.
Publika.az xəbər berir ki, onun açıqlamalrını "The Nation" qəzeti yayıb.
Çanvirakunun sözlərinə görə, əcnəbilər dürüst işlədikləri, qanunlara əməl etdikləri və yerli sakinləri istismar etmədikləri təqdirdə Tailandda yaşaya bilərlər.
“Bu yaxınlarda əcnəbilərin özəl qəbiristanlıq tikintisi ilə bağlı müraciətindən xəbər tutdum — bu, artıq bütün hədləri aşır. Sizi bura gəlməyə buraxdığımız üçün minnətdar olmalısınız. Əgər öləcəksinizsə, gedin öz ölkənizdə ölün, burada ölməyinizə ehtiyac yoxdur”, -o, Tailand əyalətlərinin qubernatorları ilə keçirilən müşavirədə bildirib.
Çanvirakun qeyd edib ki, əcnəbilər müvafiq icazə olmadan Tailandda müstəqil şəkildə dini müəssisələr yarada bilməzlər. O, obyektin restoran kimi rəsmiləşdirildiyi, lakin faktiki olaraq “ibadət evi” kimi istifadə edildiyi halları tənqid edib.
Baş nazir qubernatorlara biznes fəaliyyəti qaydalarını pozan, taylandlı nominal sahiblərdən istifadə edən, icazəsiz işləyən və ya digər qanunsuz fəaliyyətlə məşğul olan əcnəbilərə qarşı qanunvericiliyi daha fəal tətbiq etməyi tapşırıb. Baş nazir bu cür hüquq pozucularının deportasiyasının sürətləndirilməsinə çağırıb.
Bundan əvvəl Tailandda bir sıra ölkələrin vətəndaşları üçün vizasız qalma müddətinin 60 gündən 30 günə endirilməsini nəzərdə tutan hökumət qərarı qüvvəyə minib.
Hseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO














.webp)













.jpg)


