Dünya
Rusiya və Belarusla bağlı şok qərar: Beynəlxalq yarışların qapıları bağlandı
Beynəlxalq Biatlon İttifaqı (IBU) Rusiya və Belarusun üzvlüyünü bərpa etməmək qərarına gəlib.
Publika.az xəbər verir ki, qərar IBU-nun sentyabrın 17-dən 20-dək Almaniyanın Berxtesqaden şəhərində keçirilən 17-ci Konqresində qəbul olunub. Rusiya və Belarusla bağlı səsvermə sentyabrın 18-də keçirilib.
IBU üzvlüyün bərpası üçün iki əsas şərt müəyyənləşdirib. Bunlar ölkələrin Ukraynadakı müharibədən məsafə saxlaması və idmançıların, eləcə də federasiya nümayəndələrinin silahlı qüvvələrə cəlb edilməməsidir.
Rusiya Biatlon İttifaqı iyun ayında bu şərtlərin yerinə yetirildiyini təsdiqləyən sənədlər təqdim etsə də, IBU İcraiyyə Şurası tələblərin yerinə yetirilmədiyi qənaətinə gəlib.
Beləliklə, Rusiya və Belarus biatlonçuları 2026/27 mövsümündə beynəlxalq yarışlarda heç bir statusda iştirak edə bilməyəcəklər.
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub














.jpg)



.jpg)















.jpg)



