BMT ABŞ-ın İran əməliyyatlarını araşdırdı: Müharibə cinayəti şübhəsi
Bizi izləyin

Dünya

BMT ABŞ-ın İran əməliyyatlarını araşdırdı: Müharibə cinayəti şübhəsi

BMT ABŞ-ın İran əməliyyatlarını araşdırdı: Müharibə cinayəti şübhəsi

BMT-nin dəstəklədiyi ekspertlər qrupu ABŞ hərbçilərinin İranla münaqişə zamanı müharibə cinayətləri törətmiş ola biləcəyinə dair əsaslı səbəblər müəyyən edib.

Publika.az xəbər verir ki, bu barədə “AP News” məlumat yayıb.

Bildirilib ki, hesabat Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasına təqdim olunub.

Məlumata görə, missiya iki hava zərbəsini araşdırıb. Fevralın sonunda Minabdakı ibtidai məktəbə “Tomahawk” raketi ilə endirilən zərbə nəticəsində 150-dən çox insan həlak olub. Lamerddəki digər zərbə zamanı isə yaşayış ərazisi və idman kompleksinin üzərində volfram qranullarından ibarət bulud yaranıb, nəticədə 22 nəfər ölüb.

Ekspertlərin qənaətinə görə, ABŞ qüvvələrinin mülki əhalinin ölümü ilə nəticələnən zərbələr endirməsi barədə əsaslar var. Hesabatda İran hakimiyyəti də etirazların yatırılması ilə bağlı ağır insan hüquqları pozuntuları və insanlıq əleyhinə cinayətlərdə ittiham olunur.

Ağ Evin mətbuat katibi Anna Kelli hesabatın nəticələrini rədd edib və müharibə cinayətlərinə görə məsuliyyətin İran rejiminin üzərinə düşdüyünü bildirib. Pentaqon isə araşdırmanın davam etdiyini açıqlayıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm