Dünya
Yunanıstanda sorğu: Əhali arasında Türkiyə ilə bağlı narahatlıq artır
Yunanıstanda keçirilən son sorğu əhalinin Türkiyə ilə münasibətlərdən ciddi narahat olduğunu göstərib.
Publika.az xəbər verir ki, bu barədə “Kathimerini” məlumat yayıb.
Bildirilib ki, sorğuda iştirak edənlərin 54 faizi Yunanıstan-Türkiyə münasibətlərindən “olduqca” və ya “çox” narahat olduğunu bildirib.
Sorğuda Yunanıstanın siyasi liderlərinə münasibətdə etimadsızlıq da diqqət çəkib. Baş nazir Kiriakos Mitsotakisin fəaliyyətini müsbət qiymətləndirənlərin payı 32 faiz olub. PASOK lideri Nikos Androulakis və ELAS lideri Aleksis Çiprasa dəstək isə 25 faiz təşkil edib.
Sorğu nəticələri Yunanıstan cəmiyyətində Türkiyə ilə münasibətlərə dair narahatlığın yüksək olduğunu və siyasi liderlərə etimadın aşağı səviyyədə qaldığını göstərib.
Müəllif: Roza
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı


































