Nida Təhlil
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı AÇIQLAMA: Milli ənənələr nəzərə alınıb
Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində məktəbli geyim formaları ilə bağlı Nazirlər Kabinetinin qəbul etdiyi qərar ictimai müzakirələrə səbəb olub. Qərarda şagirdlərin geyim formaları ilə yanaşı, təhsilverənlər üçün geyim tələbləri də müəyyənləşdirilib. Vahid məktəbli formasının tətbiqi təhsil mühitində ümumi qaydaların qorunması və şagirdlər arasında bərabərliyin təmin edilməsi baxımından diqqət çəkir. Məsələ ətrafında müzakirələrdə geyim qaydalarının milli adət-ənənələrə uyğunluğu da ön plana çıxır.
Publika.az mövzu ilə bağlı millət vəkili Aydın Mirzəzadənin fikirlərini öyrəndi.
O, vahid məktəbli geyimi ilə bağlı qərarı düzgün hesab etdiyini bildirdi. Deputatın sözlərinə görə, dünya təcrübəsində dövlət orta məktəblərində vahid geyim formasından uzun müddətdir istifadə olunur və bu təcrübə bu gün də davam edir.
A.Mirzəzadə qeyd etdi ki, vahid məktəbli forması şagirdlərin geyimləri arasındakı fərqlərə deyil, təhsilə diqqət yetirilməsinə və sosial bərabərliyin yaradılmasına xidmət edir. Onun fikrincə, Azərbaycanda qəbul edilən geyim forması həm beynəlxalq təcrübəni, həm də milli adət-ənənələri nəzərə alır.
Millət vəkili valideynlərin qərarı anlayışla qarşıladığını vurğuladı. O bildirdi ki, məktəbə tələsən şagirdləri gördükdə gələcək nəslin həm bərabərlik prinsipləri əsasında, həm də yüksək təhsil səviyyəsi ilə yetişdiyinin şahidi olacağıq.
Müəllif: Adəm
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı































