Dünya
Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
“Məktəbli forması ilk növbədə təhsil müəssisəsində nizam-intizamın təmin olunmasına və vahid məktəb mühitinin formalaşmasına xidmət edir. Məktəbdə hər bir şagirdin eyni geyim qaydalarına əməl etməsi onların sosial vəziyyətindən, ailəsinin maddi imkanlarından asılı olmayaraq, bərabər mühitdə təhsil almasına şərait yaradır”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova bildirdi.
Onun sözlərinə görə, vahid geyim tətbiqi şagirdlər arasında zahiri fərqlərin ön plana çıxmasının qarşısını almaqla diqqətin daha çox təhsilə, biliyə və şəxsi inkişafa yönəlməsinə kömək edir:
“Düşünürəm ki, məktəbli formasına riayət etmək yalnız müəyyən edilmiş qaydanı yerinə yetirmək deyil, həm də məsuliyyət hissinin formalaşması baxımından əhəmiyyətlidir. Şagird məktəbin daxili qaydalarına əməl etməklə kollektivin bir üzvü olduğunu, ümumi prinsiplərə hörmətlə yanaşmağın vacibliyini dərk edir. Bu vərdişlər gələcəkdə onun cəmiyyət qarşısında məsuliyyətli mövqe tutmasına da müsbət təsir göstərir.
Vahid geyim qaydalarına əməl olunmasını, əlbəttə, tərbiyə və mədəniyyət məsələsi kimi də qiymətləndirmək olar. Çünki mədəniyyət yalnız insanın biliyində, nitqində və davranışında deyil, həm də ümumi qəbul edilmiş qaydalara münasibətində özünü göstərir. Bununla belə, məktəbli formasının mahiyyəti yalnız xarici görünüşlə məhdudlaşmamalıdır. Əsas məqsəd şagirdlərə intizamı, qarşılıqlı hörməti, bərabərliyi və ictimai məsuliyyəti aşılamaqdır. Bu dəyərlər isə həm ailədə, həm də məktəbdə ardıcıl şəkildə formalaşdırılmalıdır”.
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı































