Dünya
Qırğızıstanda qoç 1 milyon dollara satıldı
Qırğızıstanda ətlik araşan cinsindən olan qoç 1 milyon dollara satılıb.
Publika.az xəbər verir ki, bu barədə Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sövdələşmə Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistandan fermerlərin iştirak etdiyi beynəlxalq festival çərçivəsində baş tutub.
Məlumata görə, satılan qoç 2023-cü ildə Qazaxıstanda 150 min dollara alınan Frankel adlı qoçun nəslindəndir.
Araşan cinsi Qırğızıstanda 2021-ci ildə rəsmi qeydiyyata alınıb. Cinsin yaradılması üçün işlərə 1970-ci illərdə Çuy vilayətində başlanılıb. Onun yetişdirilməsində Tacikistandan gətirilən hisar qoçları və yerli qaba yunlu ana qoyunlardan istifadə olunub.
Nazirliyin məlumatına əsasən, araşan qoyunları zərif və şirəli ət, eləcə də yüksək miqdarda quyruq piyi verməsi ilə seçilir. Cins yüksək dağlıq ərazilərin və vadilərin iqlim şəraitinə uyğunlaşıb, uzun müddət otlaqda saxlanmaya və tövlə şəraitinə davamlıdır.
Müəllif: Roza
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər




































.jpg)
