Məşhur Hollivud ulduzu vəfat etdi - FOTO
Bizi izləyin

Dünya

Məşhur Hollivud ulduzu vəfat etdi - FOTO

Məşhur Hollivud ulduzu vəfat etdi - FOTO

“Qızıl Qlobus” mükafatının qalibi, məşhur aktrisa Elke Sommer vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bildirilib ki, 85 yaşlı aktrisa Los-Ancelesdəki evində ürək çatışmazlığından dünyasını dəyişib.

Berlində anadan olan Elke Sommerin aktrisalıq karyerası təxminən 58 il davam edib. O, "Çəhrayə pantera" (The Pink Panther), "Böyük Pyotr" (Peter the Great), "On zənci balası" (Ein Unbekannter rechnet ab), "Qaranlıqda atəş" (A Shot in the Dark, 1964), "Çalağanlar arasında" (Unter Geiern) kimi layihələrdə rol alıb.

Elke Sommer noyabrın 5-də 86 yaşını qeyd edəcəkdi.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm