Dünya
Avstraliya Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Avstraliya Rusiyaya qarşı sanksiyaların əhatəsini genişləndirib.
Publika.az xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyinin açıqladığı normativ aktlara əsasən, yeni məhdudiyyətlər 33 fiziki şəxs, 35 təşkilat və Rusiya ilə əlaqəli 38 gəmiyə şamil olunub.
Sanksiya siyahısına Rusiya Olimpiya Komitəsinin sabiq prezidenti Stanislav Pozdnyakov və Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamişvili də daxil edilib.
Bundan başqa, “Smena”, “Orlenok” və “Artek” uşaq düşərgələri, eləcə də Naximov adına Hərbi Dənizçilik Məktəbi sanksiyalara məruz qalıb. Siyahıda Tula Silah Zavodu da daxil olmaqla bir sıra bank və müdafiə müəssisələri yer alıb.
Məhdudiyyətlərin siyahıya daxil edilən şəxslər, təşkilatlar və gəmilərə qarşı konkret olaraq hansı formada tətbiq ediləcəyi açıqlanmayıb. Adətən bu cür sanksiyalar aktivlərin dondurulması və ölkəyə giriş qadağasını nəzərdə tutur.
Avstraliya 2022-ci ildən Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Məhdudiyyətlər fiziki şəxslərə, şirkətlərə, gəmilərə və iqtisadiyyatın ayrı-ayrı sahələrinə şamil olunur.
Müəllif: Adəm
-
Sağlamlıq21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
















.jpg)


















.jpg)
.jpg)
