Dünya
Katzdan Ərdoğana qarşı ittihamlar - Türkiyədən cavab gecikmədi
İsrailin müdafiə naziri İsrael Katz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan açıqlamalar verib.
Publika.az xəbər verir ki, Katz “X” hesabında Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışını “antisemit və təxribatçı” adlandıraraq, İsrailin özünü qorumağı bacardığını bildirib.
O, həmçinin Türkiyənin kürdlərə münasibəti ilə bağlı ittihamlar səsləndirib. Katzın açıqlamalarına Türkiyədən ard-arda sərt reaksiyalar gəlib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran Katzın ifadələrini “səviyyəsiz və həddini aşan” sözlər kimi qiymətləndirib. O bildirib ki, Katzın Ərdoğanı hədəfə alan açıqlamaları Qəzzada baş verənlərin üzərini örtə bilməz.
“Tarix həmişə seriallardan öyrənilmir, xalqların yaddaşında və bəşəriyyətin vicdanında yazılır. Bu gün tarix gözlərimizin qarşısında yazılır”, - deyə Duran qeyd edib.
Müəllif: Roza
-
Rəsmi xronika16:42İlham Əliyev fərman imzaladı
-
Nida Təhlil 15:10Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi
-
İdman14:12Emin Ağalarov Publika.az-ın xəbərini bu VİDEO ilə bir daha təsdiqlədi
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI














.jpg)





















