Dünya
Avropada qaçqın düşərgəsinə etiraz: Polis 7 nəfəri saxladı
Niderlandın Gelderland əyalətinin Kesteren kəndində təxminən 200 nəfər sığınacaq axtaranlar üçün mərkəzin açılmasına etiraz edib.
Publika.az xəbər verir ki, aksiya qonşu Opheysden şəhərinə girişin məhdudlaşdırılmasından sonra başlayıb. Burada bələdiyyə şurasının iclası keçirilirdi. Əvvəlcə sakit keçən etiraz daha sonra güclü pirotexnikadan istifadə olunması ilə gərginləşib. Polis xüsusi təyinatlı bölmələri əraziyə cəlb edərək aksiyanı dağıdıb.
Etirazçılar “Qaçqın düşərgəsinə yox!” və “Buradan rədd olun!” şüarları səsləndiriblər.
Polis 7 nəfəri saxlayıb. Onlardan 4-ü pirotexnikadan qanunsuz istifadə etməkdə, 3-ü isə hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərməkdə şübhəli bilinir.
Bələdiyyə hələ mərkəzin yaradılması ilə bağlı yekun qərar verməyib. Hazırda 150 və ya 300 nəfər sığınacaq axtaran şəxs üçün mərkəz variantları nəzərdən keçirilir.
Qeyd edək ki, bir həftə əvvəl Opheysdendə keçirilən oxşar etiraz da iğtişaşlarla nəticələnib və 14 nəfər saxlanılıb. Niderlandda miqrantların qəbulu sisteminə düşən yük və yerləşdirmə yerlərinin çatışmazlığı fonunda yeni mərkəzlərin açılması yerli sakinlərin etirazlarına səbəb olur.
Müəllif: Adəm Abbaslı
-
Magazin206:16“Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı

































