Dünya
Ruttedən Avropaya etiraf: ABŞ olmadan bunu edə bilmirlər
NATO-nun baş katibi Mark Rutte Avropanın hələ də ABŞ-ın iştirakı olmadan Yaxın Şərqdə hərbi əməliyyatlar keçirmək üçün kifayət qədər imkanlara malik olmadığını bildirib. O, bu barədə “Bloomberg”ə müsahibəsində danışıb.
Publika.az xəbər verir ki, Ruttəyə görə, regionda hərbi müdaxiləyə ehtiyac yaranarsa, Avropa ölkələri Vaşinqtonu gözləmədən müstəqil hərəkət etməlidir. Lakin hazırda bunun üçün onların kifayət qədər imkanları yoxdur.
“Buna görə də hələ də ABŞ-ın liderliyi zəruridir”, - deyə NATO baş katibi bildirib.
Rutte qeyd edib ki, Berlin divarının süqutundan sonra Avropa uzunmüddətli sülhə ümid edərək müdafiə xərclərini əhəmiyyətli dərəcədə azaldıb. O, NATO müttəfiqlərini hərbi büdcələri artırmağa və müdafiə sənayesini inkişaf etdirməyə çağırıb.
NATO baş katibi Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyinə də toxunub. Onun sözlərinə görə, naviqasiyanın azadlığının təmin edilməsi tamamilə ABŞ-ın üzərinə qoyulmamalıdır. Rutte bildirib ki, Avropanın, hətta ABŞ-dan daha üstün olduğunu qeyd etdiyi mina təmizləmə imkanları var və bu vasitələr regionda istifadə edilə bilər.
Rutte həmçinin NATO-nun Rusiyanın mümkün addımlarına cavab vermək üçün hazırlanmış variantlarının olduğunu açıqlayıb.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO
-
Hadisə14:38Bakıda anbarda güclü yanğın başladı - VİDEO
-
Rəsmi xronika12:10Prezident ad günü münasibətilə Kobaxidzeni təbrik etdi
-
Rəsmi xronika12:00Prezident forum iştirakçılarına müraciət etdi - YENİLƏNDİ
-
Dünya11:48Yaponiya fəlakətə belə hazırlaşır
-
Sosial11:18Hərbçilərə şad xəbər: Maaşları bu qədər artırılacaq
-
İdman10:42Dünyanın ən seksual qolfçusu bir saat ərzində belə dəyişdi - FOTOLAR
-
Dünya10:30Trampın türk kürəkəni: Toyda özü də iştirak edəcək - FOTO






.jpg)




























