Dünya
Ana bətnində görünməz təhlükə - Bu maddələr körpənin diqqətinə təsir edir
Hamiləlik dövründə gündəlik həyatda məruz qalınan bəzi kimyəvi maddələr körpənin inkişafına təsir göstərə bilər.
Publika.az xəbər verir ki, bununla bağlı ABŞ-da tədqiqat aparılıb.
Tədqiqata iki ayrı doğuş qrupunda izlənilən 250 ana-körpə cütü daxil edilib. Hamiləliyin ikinci trimestrində analardan götürülən sidik nümunələri analiz olunub. Körpələr təxminən 7,5 aylıq olduqda isə onların vizual diqqəti xüsusi göz izləmə texnologiyası ilə qiymətləndirilib.
Nəticələr göstərib ki, bəzi aromatik aminlərə daha çox məruz qalan anaların körpələrində görüntüyə alışma müddəti daha uzun olub. Tədqiqatçılar bunun erkən yaşlarda vizual diqqətin daha zəif olması ilə əlaqəli ola biləcəyini bildiriblər.
Aromatik aminlərə boya, plastik, rezin, bəzi pestisid və dərmanların istehsalında rast gəlinir. Bundan əlavə, dizel tüstüsü, siqaret tüstüsü və yüksək temperaturda bişirilən ətlər də bu maddələrə məruz qalma mənbələri arasında göstərilir.
Araşdırma “Exposure Science & Environmental Epidemiology" jurnalında dərc olunub.
Müəllif: Roza
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu





























.jpg)
.jpg)