Dünya
İran ABŞ-a Hörmüzlə bağlı 7 günlük plan göndərdi
İran Hörmüz boğazında naviqasiyanın bərpası üçün ABŞ-a Qətər vasitəsilə yeddi günlük plan təqdim edib.
Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında deyib.
“Lazımi şərtlər yerinə yetirilərsə, boğaz yenidən açılacaq və yeddi gün ərzində normal naviqasiya bərpa olunacaq. Seçim ABŞ-ındır”, - deyə Əraqçi bildirib.
Nazirin sözlərinə görə, yeddi günlük müddətin hesablanması ABŞ-ın planı qəbul etməsindən sonra başlayacaq. O qeyd edib ki, yeddinci gün İran ABŞ ilə danışıqlara başlamağa hazır olacaq.
Əraqçi əlavə edib ki, İranın planında irəli sürülən tələblər ABŞ ilə anlaşma memorandumunda əksini tapan tələblərə bənzəyir.
İran XİN rəhbəri ABŞ-ın sanksiyalardan İran xalqına qarşı kollektiv cəza və siyasi təzyiq vasitəsi kimi istifadə etdiyini də iddia edib.
"Bu, diplomatiya deyil, məcburetmə və iqtisadi terrorizmdir", – nazir vurğulayıb.
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu





























.jpg)
.jpg)