Dünya
Si Cinpinin fərqli taktikası - Trampla görüşdə hansı “hiyləli formul” işə salınıb?
Çin prezidenti Si Cinpinin ABŞ prezidenti Donald Trampla görüşü zamanı tətbiq etdiyi yanaşmanı "yumşaq güc" taktikası kimi təsvir etmək olar.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti yazıb.
Qeyd edilib ki, Çin lideri iki rəqib supergücün rəhbərləri arasındakı təmaslara xas olmayan açıqlıq və mehribanlıq nümayiş etdirib, gülümsəyərək və təriflər söyləyərək, "bu zahiri xoşməramlılığın arxasında daha soyuq bir hesablama dayanırdı".
NYT müəlliflərinin fikrincə, Si Cinpinin diqqətlə düşünülmüş sözləri və istifadə etdiyi "hiylə"lər həmsöhbətini Pekinin Tayvan, Yaponiya və Asiyadakı ümumi təhlükəsizlik sistemi ilə bağlı mövqeyini dəstəkləməyə inandırmaq istəyini nümayiş etdirib.
ABŞ-ın keçmiş milli təhlükəsizlik müşavirinin müavini Mett Potinqerin fikrinə əsasən, Çin lideri "görünür, hər hansı bir qətiyyətli irəliləyiş ümid etməkdənsə, Trampın fikirlərinə təsir etmək imkanlarını araşdırmağa çalışırdı".
Ekspert deyib ki, "Si Cinpin amerikalı həmkarı ilə tez-tez görüşməyi ABŞ-ın mövqeyindəki zəif cəhətləri müəyyən etmək üçün bir fürsət kimi görür".
Nəşrin qeyd etdiyi kimi, sammit heç bir əhəmiyyətli nəticə verməyib. Lakin, onların açıqlamalarına əsasən, hər iki siyasətçi nəticədən məmnun qalıb. Məsələn, ABŞ Prezidenti görüşün çox məhsuldar olduğunu vurğulayıb və gələcəkdə "heyrətamiz şeylərin baş verəcəyinə" söz verib.
Hüseyn İnbadlı
-
Ekologiya03:44Noyabrın sonunadək Bakıda hava necə olacaq? - Xəbərdarlıq
-
ABŞ02:19ABŞ banklarında kütləvi nasazlıq yaşanır - Gözlənilən “rəqəmsal qiyamət” başladı?
-
Region16 Noyabr 22:32Tehranda HHM sistemləri işə düşdü: Atəş səsləri eşidildi - Nə baş verir?
-
Sosial16 Noyabr 19:00Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
-
Nida Xəbər 16 Noyabr 18:40İşçilər bu halda narkoloji müayinədən keçiriləcəklər
-
Nida Xəbər 16 Noyabr 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya16 Noyabr 15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 16 Noyabr 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI










.webp)






















.jpg)