ABŞ
ABŞ banklarında kütləvi nasazlıq yaşanır - Gözlənilən “rəqəmsal qiyamət” başladı?
ABŞ-ın bir neçə iri bankının müştəriləri onlayn xidmətlərə girişdə problemlərlə üzləşiblər.
Publika.az xəbər verir ki, “New York Post”un məlumatına görə, noyabrın 16-da “JPMorgan Chase”, “Bank of America”, “Wells Fargo” və “Capital One” müştərilərindən nasazlıqlarla bağlı şikayətlər daxil olub.
“Downdetector”da “Chase” ilə bağlı təxminən 5 min, “Bank of America” və “Wells Fargo” üzrə isə ümumilikdə 3 minə yaxın şikayət qeydə alınıb. İstifadəçilər mobil tətbiqlərə daxil ola bilmədiklərini, hesab məlumatlarını yoxlamaqda və pul köçürməkdə çətinlik çəkdiklərini bildiriblər.
“Chase” yaranmış problemin texniki nasazlıqla bağlı olduğunu açıqlayıb. Bankın bildirdiyinə görə, bəzi əməliyyatlar gecikib, lakin müştərilərin hesablarına və vəsaitlərinə çıxışı saxlanılıb. “Zelle” pulköçürmə sistemi isə öz sisteminin normal işlədiyini, çətinliklərin banklarla əlaqəli olduğunu bildirib.
Nasazlıqların ümumi səbəbi hələ müəyyən edilməyib. İlkin məlumatlarda banklara qarşı koordinasiyalı kiberhücuma dair təsdiqlənmiş sübutun olmadığı bildirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə noyabrın 17-də internetin üç ay müddətinə kəsiləcəyi, bank hesablarının boşaldılacağı və qlobal elektrik kəsintisinin baş verəcəyi barədə iddialar yayılıb. İddiaların yayılmasına səbəb isə ABŞ-da noyabrın 17-də keçiriləcək fövqəladə xəbərdarlıq sisteminin bir dəqiqəlik sınağı, eləcə də “Simpsonlar” cizgi serialının bir bölümündəki səhnədir. Yayılan iddialar fonunda ABŞ-ın bir neçə iri bankının onlayn xidmətlərində nasazlıq yaranması sosial şəbəkələrdə gözlənilən “rəqəmsal qiyamət”in artıq başladığı kimi şərh edilib.
Ləman
-
ABŞ02:19ABŞ banklarında kütləvi nasazlıq yaşanır - Gözlənilən “rəqəmsal qiyamət” başladı?
-
Region16 Noyabr 22:32Tehranda HHM sistemləri işə düşdü: Atəş səsləri eşidildi - Nə baş verir?
-
Sosial16 Noyabr 19:00Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
-
Nida Xəbər 16 Noyabr 18:40İşçilər bu halda narkoloji müayinədən keçiriləcəklər
-
Nida Xəbər 16 Noyabr 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya16 Noyabr 15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 16 Noyabr 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB16 Noyabr 14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq





































.jpg)