ABŞ-ın nüvə arsenalında yeni bomba: B94 barədə ilk detallar üzə çıxdı
Bizi izləyin

ABŞ

ABŞ-ın nüvə arsenalında yeni bomba: B94 barədə ilk detallar üzə çıxdı

ABŞ-ın nüvə arsenalında yeni bomba: B94 barədə ilk detallar üzə çıxdı

ABŞ Senatının Təxsisatlar Komitəsinin 2027-ci maliyyə ili üzrə büdcə sənədində yeni nüvə aviabombasının adı ("B94") yer alıb.

Publika.az xəbər verir ki, bu barədə “The War Zone” portalı məlumat yayıb.

Sənəddə B94 proqramı üçün 77,108 milyon dollar ayrılması təklif olunur. Lakin bombanın texniki xüsusiyyətləri və təyinatı açıqlanmayıb.

Portalın ehtimalına görə, B94 yeraltı və möhkəmləndirilmiş obyektləri məhv etmək üçün nəzərdə tutulan NDS-A proqramı ilə əlaqəli ola bilər. Ancaq bu ehtimal hələ rəsmi təsdiqini tapmayıb.

B94-dən əvvəl ABŞ-da sonuncu nüvə aviabombası layihəsi B90 olub. Lakin onun hazırlanması 1991-ci ilin sentyabrında dayandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm