Dünya
İran ABŞ-a plan təqdim etdiyini təsdiqlədi - Cavab gözləyirlər
İranlı diplomatlar Qətər vasitəçiləri ilə əlaqə saxlayır və tezliklə ABŞ-ın təkliflərə cavabını almağa ümid edirlər.
Publika.az “Əl-Cəzirə”yə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Nəşrin məlumatına görə, Əraqçi jurnalistlərə bildirib ki, Tehran Nyu-Yorkda Qətər vasitəçiləri vasitəsilə ABŞ ilə dolayı danışıqlar aparıb və Vaşinqtonun çərşənbə axşamı rəsmi cavab verəcəyinə ümid edir.
Əraqçi izah edib ki, BMT Baş Assambleyasının iclası üçün Nyu-Yorka səfəri zamanı İran tərəfi böhranın həlli və Hörmüz boğazında əməliyyatların bərpası planını təqdim edib.
Nazir bildirib ki, "Bizim missiyamız bu şərtləri Amerika tərəfinə və digər ölkələrə çatdırmaq, beynəlxalq ictimaiyyətin İranın bu məsələdə bir planı olduğunu bilməsini təmin etmək idi".
O əlavə edib ki, son görüş zamanı Qətər vasitəçiləri fikir ayrılıqlarının aradan qaldırılmasına kömək etmək üçün yeni ideyalar irəli sürüblər və bu ideyalar Vaşinqtona ötürülür.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Amerika tərəfinin bazar ertəsi günü vasitəçilər vasitəsilə iranlılarla danışıqlar apardığını təsdiqləmişdi.
Müəllif: Tural
-
Rəsmi xronika19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi






.jpg)



























