Dünya
Almaniyadan Avropaya Türkiyə ilə bağlı çağırış: Ehtiyacımız var
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin baş naziri Hendrik Vüst Avropa İttifaqı (Aİ) ilə Türkiyə arasında gömrük məsələsində islahat aparılmasının və viza prosedurlarının təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
Publika.az xəbər verir ki, Vüst Türkiyəyə səfəri çərçivəsində sosial şəbəkə hesabında paylaşım edərək, rəhbərlik etdiyi əyalətlə Türkiyə arasında güclü iqtisadi və sosial əlaqələrin olduğunu bildirib.
“Heç bir regionun Türkiyə ilə Şimali Reyn-Vestfaliya qədər sıx sosial və iqtisadi əlaqələri yoxdur. Bu sıx əlaqə bizim qayğı ilə qoruduğumuz bir gücdür”, - deyə o qeyd edib.
Vüst əlaqələrin daha da gücləndirilməsi üçün Aİ-Türkiyə Gömrük İttifaqında islahatların aparılmasına və viza prosedurlarının yaxşılaşdırılmasına ehtiyac olduğunu bildirib. O, bu istiqamətdə səylərini davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Vüst Türkiyəyə səfərinin ilk günündə Ankarada prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib. Görüşdə əsasən Şimali Reyn-Vestfaliya ilə Türkiyə arasındakı iqtisadi əməkdaşlıq və Gömrük İttifaqının müasirləşdirilməsi məsələləri müzakirə olunub.
Müəllif: Roza
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq











.jpg)

.jpg)
















