Dünya
Türkiyə və BMT hərəkətə keçdi: Putinə təklif hazırlanır
Türkiyə və BMT Rusiya və Ukraynanın iştirakı ilə Qara dənizdə atəşkəs məsələsinə dair yeni danışıqlar keçirməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" diplomatik mənbəyə istinadən məlumat yayıb. Görüşlərin oktyabrın ilk yarısında keçirilməsi planlaşdırılır.
Müzakirələrdə əsas diqqətin ticarət gəmilərinin sərbəst hərəkətinin təmin edilməsinə, limanların və enerji infrastrukturunun qorunmasına, həmçinin taxıl tədarükünün təhlükəsizliyinə yönələcəyi bildirilir.
Təşəbbüsün 2022-ci ildə fəaliyyət göstərən Qara dəniz taxıl sazişinin təcrübəsinə əsaslanacağı gözlənilir. Danışıqlarda vasitəçi kimi İsveçrədə yerləşən Humanitar Dialoq Mərkəzinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, sentyabrın sonunda BMT Baş Assambleyası çərçivəsində Türkiyə, ABŞ, Avropa ölkələri, Misir və Hindistan nümayəndələrinin iştirakı ilə qapalı görüş keçirilib və yeni diplomatik təşəbbüs müzakirə olunub.
Bununla yanaşı, Rusiya prezidenti Vladimir Putin oktyabrın 1-də bildirib ki, Ukrayna tərəfinin Rusiya neft emalı zavodlarına hücumları dayandırması müqabilində Ukrayna gəmilərinə zərbə endirməmək təklifini qəbul etməyəcək.
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov


















.jpg)

.jpg)














.jpg)